Bu tarixdə toy etməyə icazə olmayacaq? – AÇIQLAMA – VİDEO

Noyabr ayında toy etmək istəyənlər azdır. Hətta əvvəldən verilmiş bəzi sifarişlər ləğv edilir.

Viral.az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşlar son günlər sosial şəbəkələrdə iddia edirlər ki, restoranlar noyabrda, COP-29 zamanı olacaq toy sifarişlərini qəbul etmirlər.

Restoran sahibləri isə toy sifarişlərinin qəbul edilməməsi ilə bağlı məlumatların doğru olmadığını bildirirlər. Bəzi sahibkarlar isə qeyd edirlər ki, noyabrda toy etmək istəyənlər azdır. Hətta, əvvəlcədən sifariş verən vətəndaşlardan bəziləri sonradan onu ləğv etdirirlər.

Son Yazılar:

Sahibkarlar onu da qeyd etdilər ki, noyabrda olan toylar ləğv edilərsə, digər aylarda yaranan sıxlıq səbəbindən qiymətlərdə 5-10 manat artım ola bilər.

Ətraflı “Xezer Xeber”in sujetində: