Parisdə keçirilən oyunlar təxirə salındı

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinqi yarışının ilkin və final mərhələsi təxirə salınıb.

Viral.az-ın məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub.

Bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.