Qonşu ölkədə ZƏLZƏLƏ

Gürcüstanda 4,3 maqnitudalı zəlzələ baş verib.

Viral.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şimal-qərbində Çkoroçxu qəsəbəsinin yaxınlığında qeydə alınıb. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.