İsrail ordusu əhaliyə xəbərdarlıq ETDİ

İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərinin sakinlərinə SMS, səsli mesaj, telefon zəngləri və ərəb dilində elanlar vasitəsilə xəbərdarlıq edib.

Viral.az xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Ordusunun (SAXAL) “X” səhifəsində yayımlanıb.

Xəbərdarlıqda qeyd olunub ki, aparılan hərbi əməliyyatlar səbəbi ilə Xan Yunis şəhərində qalmaq təhlükəlidir, ona görə də mülki əhali evakuasiya edilməlidir:

“Mülki əhaliyə dəyən zərəri azaltmaq və insanları döyüş bölgələrindən uzaq tutmaq üçün onlara xəbərdarlıq edilib. İsrail ordusu terror təşkilatlarına qarşı əməliyyat həyata keçirmək üzrədir və bu səbəblə Xan Yunisin cənub məhəllələrində qalan əhalini müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə etməyə çağırır”, – deyə məlumatda qeyd olunub.