Avarçəkənimiz 1/4 finala vəsiqə QAZANDI

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko “Paris-2024” Yay Olimpiya Oyunlarına uğurla başlayıb.

Viral.az xəbər verir ki, idmançımız 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü olaraq 1/4 finala vəsiqə qazanıb.

Diana Dımçenko 1/4 finaldakı mübarizəsinə iyulun 29-da çıxacaq.