MSK seçki bülletenlərinin sayını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiqləyib.

Viral.az xəbər verir ki, bununla bağlı məsələ MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatında Mərkəzi Seçki Komissiyasının iyulun 27-də keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

MSK-nın sədr müavini Rövzət Qasımov bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək. Bülletenlərdə namizədlərin soy adı, adı, atasının adı və digər zəruri məlumatlar əksini tapacaq.

Son Yazılar: