İranın yeni vitse-prezidenti məlum oldu 

İranın yeni vitse-prezidenti məlum olub.

 

Viral.az xəbər verir ki, ölkənin yeni prezidenti Məsud Pezeşkian 73 yaşlı islahatçı siyasətçi Məhəmməd Rza Arifi vitse-prezident təyin edib

 

O, əvvəllər Məhəmməd Xatəminin prezidentliyi dövründə birinci vitse-prezident vəzifəsində çalışıb (1997-2005).

 

Məhəmməd Rza Tehran şəhərindən İran parlamentinə deputat seçilib. O, bu günə qədər Mədəni İnqilab üzrə Ali Şuranın və ölkənin Məsləhət Şurasının üzvü olub.