Millimiz Avropa çempionu oldu 

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunun qalibi olub.

 

Viral.az xəbər verir ki, finalda Lüksemburq seçməsi ilə qarşılaşan yığma 77:71 hesabı ilə qalib gələrək C divizionunu çempion kimi başa vurub.

Son Yazılar:

 

Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub.

 

Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz sonuncu dəfə 2016-cı ildə Avropa çempionatının “C” divizionunun qalibi olmuşdu.