Ukrayna müttəfiqlərini Qərbin verdiyi silahlardan Rusiya daxilində zərbələr endirmək üçün istifadə etməyə icazə verməyə çağırıb.
Viral.az-ın məlumatına görə, Ukraynaa Prezidenti Volodimir Zelenski mayın 20-də “Reuters” agentliyinə bildirib ki, Kiyev müttəfiqləri ilə Qərb silahlarından sərhəddə və Rusiya daxilində zərbələr endirmək barədə danışıqlar aparıb.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Onun sözlərinə görə, danışıqlar “müsbət heç nə” verməyib, lakin bəzi tərəfdaşlar məsələ ilə bağlı ritorikasını dəyişib.
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı NATO üzvlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya Rusiya daxilindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməklə odla oynayırlar.
“Daim eskalasiya ciddi nəticələrə gətirib çıxara bilər”, – Putin Daşkənddə jurnalistlərə deyib. “Demək çətindir – onlar qlobal münaqişə istəyirlərmi?”, – o əlavə edib.
Putin qeyd edib ki, Ukraynanın Rusiyaya uzaqmənzilli silahlarla zərbələri Qərbin peyki, kəşfiyyatı və hərbi yardımına ehtiyac duyacaq, beləliklə, Qərb birbaşa münaqişədə iştirak edəcək. O , Fransa qoşunlarının Ukraynaya göndərilməsinin qlobal münaqişəyə doğru bir addım olacağını deyib.
Avropadakı NATO üzvlərindən danışan Putin deyib ki, oradakı kiçik ölkələr kiçik ərazilərə və çox sıx əhaliyə malik olduqları üçün “nə ilə oynadıqlarını bilməlidirlər”.
Qərb ölkələri nə deyir?
“Deyə bilərəm ki, biz ukraynalılardan Rusiyaya birbaşa hücumlar üçün ABŞ-ın təchiz etdiyi avadanlıqdan istifadə etməməyi xahiş etmişik”, – deyə keçən il ABŞ Birləşmiş Qərargah Rəislərinin o zamankı sədri Mark Milley bildirib.
Vaşinqtonun hazırkı mövqeyi ilə bağlı suala ABŞ dövlət katibi Antoni Blinken deyib ki, döyüş meydanının təbiəti, Rusiyanın istifadə etdiyi vasitələr dəyişdikcə, biz buna uyğunlaşacağıq. Ağ Evin milli təhlükəsizlik şurasının sözçüsü Con Kirbi Vaşinqtonda jurnalistlərə deyib ki, ABŞ-ın Ukraynaya dəstəyi müharibə zamanı inkişaf edib. “Ancaq hazırda siyasətimizdə də heç bir dəyişiklik yoxdur.”
NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərini Ukraynanın Rusiya daxilində “qanuni hərbi hədəflərə” zərbə endirməsinə imkan vermək üçün silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb: “Qeyd edilən məhdudiyyətlərin bir qisminin götürülməsinin düzgün olub-olmayacağını düşünməyin vaxtı çatıb, çünki indi görürük ki, xüsusən Xarkov vilayətində cəbhə xətti və sərhəd xətti az-çox eynidir”.
Mayın 3-də Kiyevə səfəri zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron isə bildirib ki, Ukrayna Londonun verdiyi silahlardan Rusiya daxilindəki hədəflərə zərbə endirmək üçün istifadə edə bilər və bunu etmək Kiyevdən asılıdır: “Ukraynanın belə hüququ var. Rusiya Ukraynanın daxilində zərbə endirdiyi kimi, Ukraynanın niyə özünü müdafiə etdiyinə əmin olmaq ehtiyacı hiss etdiyini başa düşə bilərsiniz”.
Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da Rusiya daxilindəki obyektlərə zərbə endirilməsinin tərəfdarıdır. İtaliyanın xarici işlər naziri Antonio Tajani cümə axşamı bildirib ki, Roma heç vaxt Ukraynaya heç bir qoşun göndərməyəcək və onun Kiyevə verdiyi hər hansı silah Rusiya ərazisində istifadə edilməməlidir.
“RİA Novosti” agentliyi Dövlət Departamentinə istinadən bildirir ki, Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiyada “Xarkovu təhdid edən” hədəfləri vurmağa icazə verib. “Prezident bu yaxınlarda öz komandasına Ukraynaya ABŞ-ın verdiyi silahlardan Xarkov vilayətində əks-batereya məqsədləri üçün istifadə etmək imkanı verməyi tapşırıb”, – agentliyin mənbəsi bildirib.