İrəvanı silkələyən zəlzələ – 4 bala çatıb

Mayın 30-da yerli vaxtla saat 23:27-də (GMT 19:27) ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Ermənistanda zəlzələ qeydə alıb.

Viral.az xəbər verir ki, zəlzələ İrəvandan 14 km cənub-şərqdə baş verib, mənbə 10 km dərinlikdə yerləşib, maqnitudası 3,3 olub.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Son Yazılar:

Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib. Zəlzələ İrəvanda 4 bal, Kotayk rayonunda 3-4 bal, Ararat bölgəsində üç bal gücündə hiss olunub.

Dağıntı və təlafat haqda məlumat yoxdur.