Nazirlər Kabineti 21 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nda dəyişiklik edib.
Viral.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Ədliyyə Nazirliyi QHT-lərin bağladığı müqavilənin qeydiyyata alınması üçün təşkilatın Maliyyə Nazirliyi ilə yanaşı Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatlarını təqdim edib-etmədiyini araşdıracaq.