3 gün güclü külək əsəcək – SARI XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.

Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirililib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib.

Son Yazılar:

“Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək”, – deyə məlumatda qeyd edilib.