Sel mikroavtobusu apardı, azyaşlı son anda xilas edildi

Son günlər müşahidə edilən yağıntılı hava şəraiti və çaylarda baş verən sellər bir sıra rayonlarda fəsadlar törətməkdədir.

Viral.az “qafqazinfo”ya istinadla xəbər verir ki, sel suları Samuxun Burunqovaq kənd sakinləri üçün də çətinliklər yaradıb.

Belə ki, kəndə gedən yolun Qabırrıçay üzərindən keçən hissəsindəki körpünü yararsız hala salan sel, çaydan keçmək istəyən “Ford” markalı mikroavtobusu da aşırıb.

Son Yazılar:

Mikroavtobus Qabırrıçayda hərəkətsiz vəziyyətdə qaldığı vaxt sürücü və sərnişinləri nəqliyyat vasitəsini çətinliklə tərk ediblər.

Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Aralarında azyaşlının da olduğu sərnişinlərin seldən xilas olma anlarını təqdim edirik: