Paris 2024-də kişilərin fərdi triatlon yarışı təxirə salınıb.
Viral.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin tələb olunan standartlara uyğun olmamasıdır.
Bildirilib ki, havanın qeyri-sabit keçməsi, yağan güclü yağış çayı çirkləndirib. Hazırda Senada suyun keyfiyyəti ilə bağlı sınaqlar aparılır. Məlumata görə, çayın təmiz olması üçün bərpa layihəsinə təxminən 1,4 milyard avro xərclənib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Qeyd edək ki, kişi triatlonu çərşənbə axşamı, qadın triatlonu çərşənbə günü keçirilməli idi.