İtə işgəncə verən şəxs cəzalandırıldı

Mehdiabad-Pirşağı avtomobil yolunda itə işgəncə verən şəxs cəzalandırılıb.

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Videoda itlə rəhmsiz rəftara yol verən sürücü müəyyən olunub. Onun barəsində Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qanunauyğun tədbir görülüb.

Son Yazılar:

13:32

Mehdiabad-Pirşağı avtomobil yolunda itin maşının arxasına bağlanaraq sürüdüldüyü iddia edilir.

Viral.az xəbər verir ki, bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Şikayətçi bildirib ki, hadisə bu gün səhər saat 11 radələrində, yolun “Sovxoz” adlanan hissəsində qeydə alınıb:

“İti maşının arxasına bağlayıb, avtomobili yüksək sürətlə idarə edirdi. Yoldan keçənlər etirazını bildirdi. İtin ayaqları bərbad günə düşmüşdü”.

Hadisə yerindən görüntüləri təqdim edirik: