“Sionist rejimi bizim sevimli qonağımızı evimizdə şəhid etdi və bizi matəmdə qoydu, amma eyni zamanda ona veriləcək ağır cəzaya yol açdı”.
Viral.az “İRNA”ya istinadla xəbər verir ki, bu sözləri İranın ali lideri Əli Xamenei HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavabında deyib.
“İran torpaqlarında baş verən bu ağrılı hadisədə Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik”, – deyə Xamenei əlavə edib.
Son Yazılar:
- İranda baş verən zəlzələ Ordubadda hiss EDİLDİ
- Saxta xəbərlərə daha çox inanan BÜRCLƏR
- Paşinyan xahiş etdi, iclas Peterburqda OLACAQ
Qeyd edək ki, İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Hadisə ilə əlaqədar İranda üçgünlük – iyulun 31-dən avqustun 2-dək matəm elan edilib. Eyni zamanda, ölkə ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.