Türkiyədə “Instagram”a giriş bloklandı

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin qərarı ilə “Instagram”a giriş bloklanıb.

 

Viral.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Türkiyədə “Instagram”a girmək mümkün olmayıb.

Son Yazılar:

 

İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) saytında yayılan məlumata görə, ölkə ərazisində “Instagram”a giriş bloklanıb.

 

Qadağanın nə vaxta qədər davam edəcəyi və səbəbi barədə isə məlumat verilmir.