Türkiyə Ali Hərbi Şurası ölkənin Silahlı Qüvvələrinin sıralarında yeni təyinatlar və kadr dəyişiklikləri barədə elan edib.
Viral.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Şuranın iclası Ankarada keçirilib.
Türkiyə Ali Hərbi Şurasının qərarına əsasən, 23 general və admiralın rütbəsi qaldırılıb, 77 polkovnikə isə general və admiral rütbəsi verilib.
Son Yazılar:
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
- Sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ
Eyni zamanda, 34 general və admiralın xidmət müddəti bir il, 455 polkovnikin isə iki il uzadılıb.
Bundan əlavə, ümumilikdə 31 general və admiral təqaüdə göndərilib.
Qərar avqustun 30-dan qüvvəyə minəcək və bununla da Türkiyə ordusunda xidmətdə olan general və admiralların sayı hazırkı 281-dən 327-yə çatacaq.