Rusiyada vətəndaşlıq alan əcnəbilər hərbi qeydiyyatdan imtina etdikdə onların vətəndaşlığı ləğv ediləcək.
Viral.az xəbər verir ki, bu barədə qanun Federasiya Şurasında təsdiqlənib.
Sənədə əsasən, daxili işlər orqanları ölkə vətəndaşlığını almış kişi cinsindən olan əcnəbilər barədə məlumatları müvafiq elektron reyestrə daxil etmək tapşırılıb.
Son Yazılar:
- Ermənistanda ÜDM-in artım tempi azalacaq, işsizlik artacaq
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada kəskin ARTIM
- İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür
Qanuna əsasən vətəndaşlıq hüququ verilən şəxslər dərhal yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müraciət etməlidir.
Analoji qanun Ukraynadakı müharibəyə göndərilən Rusiya vətəndaşlarının ailələrindən daxil olan narazılıqlardan sonra gündəmə gətirilib. Sakinlər müraciətlərində bu cür sosial-ictimai ayrı-seçkiliyin cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, sonradan Rusiya vətəndaşı olmuş əcnəbilərin hərbi uçota alınmasını tələb ediblər.
Qeyd edək ki, indiyədək mövcud normalara görə hüquq-mühafizə orqanlarına yanlış informasiyanın verilməsi, konstitusiyanın və digər qanunların pozulması, cinayət və Rusiyada milli təhlükəsizliyi təhdid edən əməllərin törədilməsi Rusiya vətəndaşlığının ləğvinə səbəb olan hallar sırasında göstərilib.