Akademik E.İ.Çazov adına Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin cərrahiyyə üzrə baş direktor müavini, ürək cərrahı Renat Akçurin 78 yaşında vəfat edib.
Viral.az xəbər verir ki, “Kommersant”ın məlumatına görə, Akçurin 1996-cı ildə Rusiya prezidenti Boris Yeltsinin üzərində ürək əməliyyatı aparan həkim briqadasına rəhbərlik edib.
Akçurin ürək-damar cərrahiyyəsi sahəsində beynəlxalq səviyyədə tanınmış nüfuzlu həkim idi.
Son Yazılar:
- AZAL qəzada həlak olanların ailələrinə 40 min manat kompensasiya ÖDƏYƏCƏK
- Məqsəd təyyarəni dənizdə batırmaqla iz itirmək olub
- AZAL onlara 40 min manat kompensasiya ÖDƏYƏCƏK
O, Rusiya Federasiyasında ürək-damar və hibrid ürək cərrahiyyəsi kimi sahələri yaradıb və damar cərrahiyyəsinin inkişafına böyük töhfə verib.
Akademik Akçurin Avropa və Rusiyada ilk dəfə olaraq miokardın revaskulyarizasiyası zamanı ölümü azaltmağa imkan verən koronar arteriyalarda əməliyyatlar üçün yüksək effektiv mikrocərrahiyyə texnikasını klinik praktikaya tətbiq edib.