Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anılıb.
Viral.az xəbər verir ki, Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli və xarici ölkələrdən olan tələbələr cəmiyyətə gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa arzulayıblar. Anım günü həlak olanların ruhlarına Qurani-Kərim oxunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək bildirib ki, Misir ictimaiyyətinin nümayəndələri və Misirdə təhsil alan xarici tələbələr də zəng edərək və cəmiyyətə gələrək öz başsağlıqlarını bildiriblər.