SEPAH Haniyənin necə vurulduğunu AÇIQLADI

Aparılan araşdırmalar nəticəsində HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyənin qısamənzilli raketlə vurulduğu bəlli olub.

Viral.az-ın məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yaydığı bəyanatda bildirilir.

SEPAH bildirib ki, qısamənzilli raketin ağırlığı təxminən 7 kiloqram olub və güclü partlayış qonaqların yerləşdiyi məkandan kənarda baş verib.

Son Yazılar:

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib