Ukraynanın Amerika silahlarından istifadə edərək Rusiya ərazisinə ilk zərbələri saatlar və ya günlər ərzində başlaya bilər.
Viral.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Nəşr Amerika rəsmilərinə istinadən yazır ki, Bayden müşavirlərinin və əsas müttəfiqlərinin təzyiqi altında Ukraynaya Amerika silahlarından istifadə etməklə Rusiya ərazisinə məhdud zərbələr endirməyə icazə verib və bununla da Ukrayna üçün müharibədə yeni səhifə açıb.
Ağ Ev rəsmiləri bildiriblər ki, prezidentin əsas siyasət dəyişikliyi yalnız Ukraynanın Xarkovu müdafiə edə bilməsi üçün özünümüdafiə kimi səciyyələndirdiyi hərəkətlərə aiddir. Beləliklə, siyasətçilər hesab edirlər ki, ABŞ prezidenti özünün çəkdiyi xətti keçib.