Ermənistan Xarici İşlər Nazirliyinin inzibati binası qarşısında polislə etirazçılar arasında qarşıdurma yaranıb.
Viral.az-ın məlumatına görə, binanın qarşısına əlavə polis qüvvələri cəlb olunub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Etiraza rəhbərlik edən keşiş Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan görüş tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.
Erməni teleqram kanallarının məlumatına görə, Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.
Hadisə yerində olan jurnalistlərin sözlərinə görə, etirazçılar arasında aqressiv əhval-ruhiyyəli təxribatçılar var.
Ermənistan polisi etirazçılara binanın xüsusi mühafizə olunan obyekt olduğuna dair xəbərdarlıq edib. Bildirilib ki, etirazçılar aksiyalarını dayandırmasalar, xüsusi vasitələrdən istifadə olunacaq.