Yaponiya Xarici İşlər Nazirliyi Livandakı Yaponiya vətəndaşlarını artan gərginlik fonunda ölkəni tərk etməyə çağıran səyahət tövsiyəsi yayıb.
Viral.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, Türkiyə öz vətəndaşlarını Livanda qalmağa təcili ehtiyac olmadığı təqdirdə tərk etməyə çağırır, çünki orada təhlükəsizlik vəziyyəti sürətlə pisləşə bilər.
Son Yazılar:
- Həftəsonu sürücülərin növbəti imtahanı olacaq
- Azərbaycanda 7 gün iş olmayacaq DƏYİŞDİRİLDİ
- “Doğuş o ağır zamanlarımda mənə 1 stəkan çay da verməyib” – Xoşqədəm Hidayətqızı
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Fransa, İordaniya və digər ölkələr öz vətəndaşlarına müraciət edərək Livanı tərk etməyə çağırıblar.
Son günlər Yaxın Şərqdə vəziyyət çox gərginləşib. İsrail mütəmadi olaraq Livanın müxtəlif yaşayış məntəqələrinə zərbələr endirərək, zərbələrin hədəfinin “Hizbullah” hərəkatının rəhbərliyi olduğunu bəyan edir.
(redaktor.az)