İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin HƏMAS-ın siyasi lideri İsmayıl Haniyəni öldürmək üçün İran kəşfiyyatçılarını cəlb etməsi ilə bağlı nəzəriyyəni təkzib edib.
Viral.az xarici mediaya istinadla xəbə verir ki, bu barədə parlament komitəsinin rəsmi nümayəndəsi İbrahim Rezai məlumat verib.
Dünən Britaniyanın “Teleqraf” qəzeti yazıb ki, “Mossad” İranın yerli təhlükəsizlik agentlərini Haniyənin Tehrandakı iqamətgahının üç ayrı otağına partlayıcı yerləşdirmək üçün cəlb edib.
Son Yazılar:
- Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif etdi
- Həftəsonu sürücülərin növbəti imtahanı olacaq
- Azərbaycanda 7 gün iş olmayacaq DƏYİŞDİRİLDİ
Qeyd olunub ki, ilkin plana əsasən, Haniyənin may ayında İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etdiyi zaman öldürülməsi planlaşdırılıb.
Bununla belə, müxtəlif KİV-lərin məlumatına görə, son iki gündə İranda HƏMAS-ın siyasi liderinə sui-qəsddə əli olmaqda şübhəli bilinən onlarla insan, o cümlədən təhlükəsizlik işçiləri həbs edilib.
(redaktor.az)