İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı keçiriləcək

İçərişəhərdə 1-2 iyun 2024-cü il tarixlərində “Uşaqlarlar üçün İrs” – 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı təşkil olunacaq.

 

 

Son Yazılar:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorundan Viral.az-a bildirilib ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irs, incəsənət, sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini aşılamaq məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Təşkil olunacaq tədbirlər sırasında muzey ekspozisiyasının nümayişi, tarixi abidələrin öyrənilməsi məqsədilə turun təşkili, Tahir Salahovun “Güllər” sərgisinə baxış, gənc rəssamların əsərlərinin nümayişi, Bakı Marionet Teatrında kuklalarla tanışlıq, sənətkarlıq üzrə ustad dərsləri, əyləncəli oyunlar, teatr tamaşası, film nümayişi, musiqili proqram və müxtəlif idman növlərinin nümayişi planlaşdırılır.

 

Qeyd edək ki, festival çərçivəsində ilk dəfə olaraq Şirvanşahlar Sarayı Kompleksində muzeyin gənc ziyarətçiləri üçün təşkil olunmuş “Uşaqlar üçün Tarix” ekspozisiyası nümayiş olunacaq, eləcə də tarixi abidələrin bərpasının və qorunmasının əhəmiyyətini vurğulmaq məqsədilə tur təşkil ediləcək.