XİN-dən Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ: İsrailə səfər etməyin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb.

Bu barədə Viral.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur:

Son Yazılar:

“Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – məlumatda qeyd olunub.