Xəbər verdiyimiz kimi, Banqladeşin Baş naziri Şeyx Hasina ölkədə etirazlar fonunda istefa verərək bacısı ilə birlikdə Hindistana qaçıb. O, Böyük Britaniya hökumətindən sığınacaq istəyib.
Viral.az xəbər verir ki, bundan sonra nümayişçilər ilk dövlət başçısı və Şeyx Hasinanın atası Mucibur Rəhmanın heykəlini sökməyə çalışıblar.
Qeyd edək ki, M. Rəhman 1971-ci ilin yanvarından 1972-ci ilin yanvarına qədər Banqladeşə rəhbərlik edib. 1972-1975-ci illərdə isə baş nazir olub. Daha sonra 1975-ci ilin 25 yanvar – 15 avqust tarixlərində ölkənin dördüncü Prezidenti olub. 1975-ci ildə 55 yaşında vəfat edib.
Son Yazılar:
- Bakıda söküntü başladı: İki yeni park SALINACAQ
- Sibel Can səhnədə yıxıldı – VİDEO
- Dəhşətli qəzada ölən çavuş Bəhlulun FOTOLARI
Onun qızı, 76 yaşlı Şeyx Hasina isə 1996-2001, 2009-2024-cü illərdə ölkənin baş naziri vəzifəsini icra edib.
Ölkəni 2023-cü ilin aprelindən Məhəmməd Şahabəddin idarə edir.