Stadnik almanla, Sənan isə erməni ilə üz-üzə – Paris-2024

Paris-2024 Yay Olimpiya Oyunlarında güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.

Viral.az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.

Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla yarışacaq. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.

Son Yazılar:

Yunan-Roma güləşi

77 kq

Sənan Süleymanov – Aik Mnatsakanyan (Bolqarıstan)

50 kq

Mariya Stadnik – Anastasiya Blavyas (Almaniya)

Qeyd edək ki, olimpiadada güləş yarışlarının ilk günündə yunan-Roma güləşində Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (120 kq) döşək üzərinə çıxıb. Murad ilk görüşdə uduzsa da, Sabah yarımfinala yüksəlib.