Tramp qələbədən sonra Putin və Zelenskini danışıqlara çağıracağına söz verdi

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, dərhal Rusiya və Ukrayna liderləri ilə şəxsən əlaqə saxlayacaq və onları danışıqlara başlamağa çağıracaq.

Viral.az xəbər verir ki, bu barədə o, Edin Ross ilə müsahibədə deyib.

“Seçkilərdə qalib gəlsəm, ilk işim Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlamaq, – mən onların hər ikisini çox yaxşı tanıyıram – və onlar arasında sülh danışıqlarına başlamağa nail olacağam”, – Tramp bildirib.

Son Yazılar:

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti dəfələrlə bildirib ki, prezident seçkilərində qalib gəlsə, hətta andiçmə mərasimindən əvvəl də Ukraynadakı münaqişəni tez həll edəcək. Siyasətçi həmçinin deyib ki, ABŞ Prezidenti Co Baydenin hazırkı administrasiyasının siyasəti sayəsində başlaya biləcək üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verir.

(redaktor.az)