Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda İranın yeni prezidenti Məsud Pezeşkianla görüşüb.
Viral.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Son Yazılar:
- Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti OLUB
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu məktəb direktorları vəzifələrindən azad EDİLƏCƏK
Görüşü zamanı tərəflər uzunmüddətli əməkdaşlığa və ikitərəfli münasibətlərin həyata keçirilməsinə hazır olduqlarını təsdiqləyib, Yaxın Şərqdəki münaqişələrin həlli və ABŞ-ın üçüncü ölkələrin işlərinə müdaxiləsini müzakirə ediblər.
Məsud Pezeşkian İran-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Biz inanırıq ki, bəzi güclərin, o cümlədən ABŞ-ın təcrid dövrü başa çatıb. Çoxqütblü dünyanın təşviqində İran və Rusiya arasında əməkdaşlıq qlobal təhlükəsizliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, – prezident qeyd edib.
Şoyqu öz növbəsində İranı Rusiyanın regionda əsas strateji müttəfiqlərindən biri adlandırıb və Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
“Rusiya İran İslam Respublikası ilə beynəlxalq sahədə, o cümlədən BMT və BRİKS vasitəsilə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz bu əməkdaşlığı genişləndirməyə çalışacağıq”, – deyə o əlavə edib.