Çin ordusu, uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə aşmağa davam edir.
Viral.az xəbər verir ki, regional gərginliyin artması və 3-cü Dünya Müharibəsi danışıqlarının yayılması ilə bir çox ölkə, müdafiə sənayesi sahəsində sərmayə qoyur və layihələr istehsal edir. Bir-biri ilə müqavilə bağlayan ölkələr böyük sürətlə yeni hərbi texnologiyalar tətbiq edirlər.
Yeni müharibə strategiyalarında pilotsuz təyyarələr və pilotsuz uçuş aparatları, çox mühüm rol oynayır. Türkiyə, PUA istehsalında ixracat uğuru ilə diqqət çəkərkən, Çin də qlobal yarışda önə çıxmağa davam edir. Döyüş meydanında aldadıcı xüsusiyyəti ilə diqqət çəkən Çinin quş şəkilli dron dizaynı sosial mediada böyük marağa səbəb olub. Çin Mərkəzi Televiziyası (CCTV), dünyanın ən real quşa bənzər kəşfiyyat PUA-nın görüntülərini yayımlayıb. Mütəxəssislər, quş kimi qanadlarını çırpmaq üçün hazırlanmış yeni pilotsuz uçuş aparatının hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.
Son Yazılar:
- Bəzi yerlərdə leysan olacaq – XƏBƏRDARLIQ
- Bu məktəb direktorları vəzifələrindən azad EDİLƏCƏK
- Tovuzda dəhşətli qəzada yaralanan yeniyetmə də ÖLDÜ
Çin dəniz piyadalarının istifadə etdiyi quş formalı pilotsuz təyyarə, yenidən gündəmə gəlib. Dəniz piyadalarının bundan istifadə etdiyi anlar kameralara düşüb. CCTV-nin məlumatına görə, Kiçik Şahin adlı pilotsuz təyyarə, hərbi kəşfiyyat, ekoloji monitorinq və ətraf mühitin mühafizəsində potensial tətbiqlərə malikdir.
(Lent.az)