Kafedra müdiri qəfil vəfat etdi 

Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qurbanova qəfil vəfat edib.

 

Viral.az xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Son Yazılar:

 

Qeyd edək ki, Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə “Türk dillərində əvəzliklər və onların mətn yaranmasında rolu” mövzusunda elmi işini müdafiə edib. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.

 

2014-cü ildə universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin “Bizim qəzet” aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edib.