İyul ayında ümumi olaraq Azərbaycan üzrə 43 sel hadisəsi qeydə alınıb.
Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb:
Son Yazılar:
- Növbəti il fantastik olacaq – Orban
- Rusiya, İraq və Səudiyyə Ərəbistanı neft bazarını müzakirə ediblər
- ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə RAZILAŞDI
Onun sözlərinə görə, 2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.
“İyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub”.