Pentaqon İraqda Amerika hərbçilərinin yerləşdiyi hava bazasına son hücumdan sonra yaxın günlərdə bölgədəki kontingentinə qarşı yeni hücumların olacağını gözləyir.
Viral.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbəyə istinadən məlumat yayıb.
ABŞ nümayəndəsi qeyd edib ki, Pentaqon yaxın gələcəkdə iranpərəst silahlı birləşmələrin regiondakı Amerika qüvvələrinə yeni hücumlarını proqnozlaşdırır.
Son Yazılar:
- Bakıda 21 yaşlı qız itkin düşdü – FOTO
- Ölkədə uşaqlar arasında bu xəstəliyə yoluxanlar var – RƏSMİ
- “Bu müəllimlərinin maaşı artırılmalıdır” – Millət vəkilindən TƏKLİF
Qeyd edək ki, ötən gecə İraqın qərbindəki Ənbar vilayətində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi Ayn əl-Əsəd hava bazası raket atəşinə tutulub.
Məlumata görə, axşam saatlarında Amerika hərbçilərinin yerləşdiyi bazaya azı iki raket atılıb.