İran Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri istəyib

İran İsrail ilə mümkün müharibəyə hazırlıq çərçivəsində Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri istəyib.

Viral.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Adlarının açıqlanmasını istəməyən İran mənbələri xəbəri təsdiqləyib və müasir radar və hava hücumundan müdafiə sistemlərinin təchizatının başlandığını bildiriblər.

Son Yazılar:

Qeyd edək ki, avqustun 5-də Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın dəvəti ilə İrana səfər edib.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.