Almaniya hökuməti İsrail və İran arasında münaqişənin şiddətlənməsi qorxusu ilə bu gün Livan və digər Yaxın Şərq ölkələrindən öz vətəndaşlarını Kipr vasitəsilə təxliyə etməyə başlayacaq.
Viral.az xəbər verir ki, bu barədə Kipr Yayım Korporasiya (CyBC) məlumat yayıb.
Bildirilib ki, Aşağı Saksoniya federal əyalətində A400M nəqliyyat təyyarəsi Beyruta uçmağa hazırdır. CyBC qeyd edib ki, potensial münaqişə zonasında təxminən 2 min Almaniya vətəndaşı yaşayır. Ehtiyac yaranarsa, onların bir həftə ərzində təkcə hava deyil, həm də dəniz bərələri ilə Aralıq dənizi adasına təxliyyə ediləcəyi gözlənilir.
Son Yazılar:
- Azərbaycanın Xalq artisti vəfat ETDİ – FOTO
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
Öz növbəsində, Kipr Xəbər Agentliyi avqustun 1-də regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq öz Xarici İşlər Nazirliyindən köçmək barədə göstəriş almış İsveçin Livandakı səfirliyinin əməkdaşlarının müvəqqəti olaraq Kiprə köçürülməsi barədə məlumat yayıb. İsveçin Kiprdəki diplomatik nümayəndəliyindən agentliyə bildiriblər ki, Beyrutdakı səfirliyin diplomatları ən azı avqusta qədər, lazım gələrsə, daha uzun müddət adada qalacaqlar.
İsrailin nəqliyyat naziri Miri Regev dünən beynəlxalq hava daşıyıcılarının Təl-Əvivə uçuşların sayını azaltması səbəbindən xaricdə yaşayan israillilərin vətənlərinə qayıtmasına kömək etmək üçün Kiprdən İsrailə “dəniz gəmiləri” buraxmağı planlaşdırdığını açıqlayıb. Kipr hökumətinin sözçüsü Konstantinos Letimpiotis bildirib ki, bu məqsədlər üçün gəmilər Kipr tərəfindən deyil, İsrail tərəfindən icarəyə götürülüb. Eyni zamanda, o, Nikosiya hakimiyyətinin istənilən vaxt Aİ vətəndaşlarının Kipr ərazisindən, eləcə də üçüncü ölkələrin münaqişə zonalarından evakuasiyasını nəzərdə tutan Estia planından istifadə etməyə hazır olduğunu təsdiqləyib.
(redaktor.az)