Azərbaycanda taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. Bu barədə Mərkəzin rəhbəri Məleykə Abbaszadə rəsmi mətbuata açıqlamasında bildirib. “Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”, – o qeyd edib.
Sədr bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur:
Son Yazılar:
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
- ABŞ səfirliyi yaxınlığındakı şübhəli obyekt mulyaj bomba olub
“Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur”.
Viral.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.
“Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklrəin yoxlanılmasından da getmir.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər. Vəssalam”, – o qeyd edib.
Ekspert bildirib ki, xüsusi hazırlığı AYNA təşkil etməlidir.
“14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək. ndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünyagörüşü olan hər kəs asanlıqla məniməsəyə bilər”, – Ərşad Hüseynov bildirib.