Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Qazaxıstanla bağlı əcaib fikirlər səsləndirib.
Viral.az NEXTA-ya istinadən xəbər verir ki, o, Qazaxıstanın müstəqilliyi ilə bağlı qəbuledilməz ifadələr işlədib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Tolstoyun fikrincə, Qazaxıstanda “müstəqillik haqqında milli mifologiya” çiçəklənir və “müəyyən bir qazax dövlətinin yenidən qurulması davam edir”. O, Qazaxıstanın Almatı şəhərini “rus kazak qalası” adlandırıb.
Qazaxıstan hakimiyyəti Tolstoyu “sözləri Rusiyanın özünə zərərli olan təxribatçı” adlandırıb. Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev belə deyib:
“Dramatizasiyaya ehtiyac yoxdur, onun sözləri Rusiyanın rəsmi mövqeyini əks etdirmir”.