Məhkəmə Serj Sarkisyana bəraət verib

Məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.

 

Viral.az xəbər verir ki, o, “dizel işi” üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu.

Son Yazılar:

 

İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.

 

Qeyd edək ki, 489 milyon 160 min 310 dram, yəni 1 milyon 265 min 799 ABŞ dölları məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Serj Sarkisyan itihamları qəbul etməmişdi. Onun vəkilləri isə baş verənləri siyasi sifarişin nəticəsi olaraq dəyərləndirirdilər.