Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda Ali Dövlətlərarası Şuranın birinci iclasında iştirak etməyi planlaşdırır.
Viral.az xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Son Yazılar:
- Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatdı – YENİLƏNİB
- Bakıda avtomobil 24 yaşlı piyadanı VURDU
- Alimlər yeməli yosunlarda dərinin qocalması əleyhinə vasitə TAPDILAR
“Proqrama uyğun olaraq, dövlət başçıları arasında danışıqların və prezidentlərin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır. Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri, beynəlxalq və regional gündəliyin aktual aspektləri nəzərdən keçiriləcək”, – deyə məlumatda bildirilir.
Ticarət, sənaye, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunacaq. Bundan başqa, özbək şairi Əlişir Nəvainin abidəsinin açılışı da nəzərdə tutulub.
Səfərin sonuncu günü, avqustun 9-da Özbəkistan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət Görüşündə və “Mərkəzi Asiya+Yaponiya” Dialoqunun birinci sammitində iştirak edəcək.