Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.
Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Son Yazılar:
- Qaynar çay içməyi sevənlərdə xərçəng RİSKİ
- Tanınmış vəkil vəfat etdi – FOTO
- Başında spazm var? – 2 manatlıq çarə
Şoyqu jurnalistlərə bildirib ki, görüş zamanı məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub.
O əlavə edib ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə, “Şimal-Cənub” dəhlizi müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.