Naxçıvanda ən yüksək balı onlar TOPLADI

Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı. Artıq avqustun 9-dan etibarən ixtisas seçimi mərhələsinə başlanacaq.

 

Viral.az AzEdu.az-a istinadən Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 650-dən yuxarı bal toplayan məzunları təqdim edir:

Son Yazılar:

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata əsasən 5 nömrəli tam orta məktəbin məzunu İnci Qənbərova 677.3 bal olmaqla ən yüksək nəticəni göstərib.

 

5 nömrəli tam orta məktəbin məzunu Qəndab Hacıyeva 667.6 bal;

 

1 nömrəli tam orta məktəbin məzunu Hafizə Hüseynzadə 675,8;

 

12 nömrəli tam orta məktəbin məzunu Leyla Nağıyeva 664,4;

 

15 nömrəli tam orta məktəbin məzunu Məğrur İsmayıllı 661;

 

17 nömrəli tam orta məktəbin məzunu Mirabbas Seyidov 650 bal toplayıb.