Venesuelanın Milli Telekommunikasiya Komissiyası ölkədə “X” (keçmiş tviter) sosial şəbəkəsinin fəaliyyətinin 10 gün müddətinə dayandırılması haqqında qərar qəbul edib.
Viral.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro “X”dəki səhifəsində paylaşım edib.
Maduronun sözlərinə görə, ölkənin Milli Telekommunikasiya Komissiyasına platformanın fəaliyyətinə məhdudiyyət qoyulmasına dair təklifi özü göndərib.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
“Venesuelada qanun var, konstitusiya var, qurumlar var, dövlət var, hörmət edilməli olan insanlar var”, – o yazıb.
Dövlət başçısının fikrincə, “X” sosial şəbəkəsinin sahibi İlon Mask sonradan “X” adı verilən tviterin bütün normalarını pozub”: “O, nifrət, faşizm, vətəndaş müharibəsi, ölüm, venesuelalılar arasında toqquşmanı aşılayıb və Venesuelanın bütün qanunlarını pozub”.
Xatırladaq ki, daha əvvəl Maduro canlı yayımda vatsapı silmişdi. Ötən ay isə amerikalı milyarder İlon Maskı döyüşə çağırmışdı. Mask isə təklifi qəbul edərək dövlət başçısının “qorxacağını” vurğulamışdı.