MSK sədri bəzi namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlaması ilə bağlı suala cavab verib.
Viral.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, o sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmir.
“Onları göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək qanun pozuntusu var yoxsa, yox”, – deyə o əlavə edib (trend).
Son Yazılar:
- “Növbədənkənar parlament seçkiləri keçirilməyəcək” – Paşinyan
- Tramp Rusiya iqtisadiyyatını çökdürməklə müharibəni bitirə bilər
- Volqoqradda baş verən yanğında bir qadın və iki uşaq öldü
Xatırladaq ki, 123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa bitərəf namizəd Mircəlil Qasımlı Seçki Məcəlləsinin tələblərini kobud surətdə pozub.
O, qanunla nəzərdə tutulmuş vaxtdan əvvəl seçki təşviqatına başlayıb.
Belə ki, özünün təşviqat materiallarını dərc etdirən namizəd bunları özünün sosial şəbəkə hesabında paylaşıb.