Astara rayonunda narkotikin təsiri altında avtomobil idarə edən rayon sakini həbs edilib.
Viral.az xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Vaz” markalı avtomobilin konstruksiyasına dəyişiklik edildiyi üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Daha sonra həmin avtomobili etibarnaməsiz, sürücülük vəsiqəsi olmadan idarə edən, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan Şəhriyar Zülfüqarlının narkotik vasitədən istifadə etdiyi də müəyyən edilib.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
Onun barəsində toplanmış material baxılması üçün baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Zülfüqarlı 15 gün müddətində inzibati qaydada həbs edilib.