Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Bu barədə Viral.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
“Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.