Ferma haker hücumuna məruz qaldı, inəklər öldü

İsveçrədə hakerlər sağım aparatının sistemini sındıraraq hamilə inəyi öldürüblər.

 

Viral.az “Bild”ə istinadən xəbər verir ki, Zuq kantonunda ferma hakerlərin hücumuna məruz qalıb.

Son Yazılar:

 

Naməlum şəxslər sağım aparatınının sistemini qıraraq onun işini dayandırıblar. Onlar fermeri şantaj edərək, ondan 10 min İsveçrə frankı (təxminən 10 min 700 avro) köçürməsini tələb ediblər. O, ödəməkdən imtina edib.

 

Sonra hakerlər inəkləri sağmaqla yanaşı, onların mayalanmasına da nəzarət edən sistemi sındırıblar. Fermer inəklərdən birinin hamilə qalmasından xəbər tutmayıb və bu səbəbdən inək körpəni vaxtında dünyaya gətirə bilməyib. “Luzerner Zeitung” qəzeti yazır ki, nəticədə buzov ana bətnində ölüb və ana evtanizasiya edilməli olub.

 

Fermer yeni sağım aparatına 6300 avro xərcləyib və baytar həkiminin işini də ödəyib. İsveçrə Fermerlər İttifaqı bildirib ki, bu, ilk belə hal deyil.