MDB Daxili İşlər Nazirləri Şurasına sədrlik Belarusa keçib.
Viral.az BelTA-ya istinadla xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Minskdə keçirilən şura iclasında sədrin səlahiyyətləri Qazaxıstanın daxili işlər naziri Erjan Sadenov tərəfindən Belarus Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakova verilib. Kubrakov şura adından Sadenova sədrliyi dövründə onun və Qazaxıstan Daxili İşlər Nazirliyinin komandasının gördüyü səmərəli fəaliyyətə görə təşəkkürünü bildirib və həmkarına Şuranın “Şərəf nişanı”nı təqdim edib.
Son Yazılar:
- Bu baş verərsə, tammiqyaslı müharibəyə keçəcəyik
- Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
- Okean dərinliklərindən gələn sirli səslər nədir?
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Daxili İşlər nazirliklərinin rəhbərləri, MDB-nin Antiterror Mərkəzinin, Birlik İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
(redaktor.az)